Mirəli Seyidov vəfat edib
Azərbaycanda karate və döyüş sənətləri sahəsində tanınmış Əməkdar məşqçi və idman xadimi Mirəli Seyidov vəfat edib.
ERAmedia xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyası məlumat yayıb.
O, uzunsürən xərçəng və şəkərli diabet xəstəliyindən sonra 69 yaşında dünyasını dəyişib.
M.Seyidov karate üzrə 7-ci dan qara kəmər sahibi idi.
Allah rəhmət eləsin!










