Misirdə 3000 illik məqbərə aşkarlanıb
Leyden Universitetinin niderlandlı arxeoloqları Misirin cənubundakı Əl-Üksür şəhəri yaxınlığında qədim məqbərə aşkar ediblər.
ERAmedia bildirir ki, bu barədə “Le Figaro” nəşri yerli hakimiyyət orqanlarının bəyanatına istinadən xəbər verir.
Məlumata əsasən, söhbət Qurna ərazisindəki Fiva nekropolunda yerləşən dəfn yerindən gedir. Misirin Turizm Nazirliyinin bildirdiyinə görə, məqbərə planlı qazıntılar zamanı tapılıb.
Mütəxəssislər divar yazılarının xarakterik bədii üslubuna əsaslanaraq məqbərəni Ramessidlər dövrünə (e.ə. təxminən 1292-1069-cu illər) aid edirlər. Arxeoloji missiya tapıntının sənədləşdirilməsini davam etdirir.










