Misli Liqasının XII turuna yekun vurulur
Misli Premyer Liqasında XII tura bu gün yekun vurulacaq.
ERAmedia xəbər verir ki, sonuncu oyun gününün ilk qarşılaşmasında “Sabah” “Şamaxı”nı qəbul edəcək.
Qarşılaşma saat 15:00-da start götürəcək.
Günün ikinci oyununda isə “Neftçi” klubu “İmişli” komandası ilə üz-üzə gələcək. Bu matç saat 17:30-da başlayacaq.
Misli Premyer Liqası
XII tur
23 noyabr
15:00. “Sabah” – “Şamaxı”
Hakimlər: Kamranbəy Rəhimov, Zeynal Zeynalov, Eyyub İbrahimov, Əkbər Əhmədov.
VAR: Əli Əliyev.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
“Bank Respublika Arena”.
17:30. “Neftçi” – “İmişli”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Palms Sports Arena”.










