media-1728110470_17281084421884933831_1200x630
media-bant_master

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura start veriləcək.

ERAmedia xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək.

Çempionatın lideri “Qarabağ” (29 xal) ikinci pillədə qərarlaşan “Zirə”nin (26 xal) qonağı olacaq.

Zirə İdman Kompleksinin stadionunda oynanılacaq görüş saat 17:00-da başlayacaq. Oyunu Rauf Cabarov idarə edəcək.

Qeyd edək ki, XIV turun digər matçları dekabrın 7, 8 və 9-da keçiriləcək.


media-adspc

Bənzər xəbərlər