media-00a43b396ddb36908d8795a71f7c405f
media-bant_master

Moskva Birjasının indeksi (MOEX) əsas ticarət sessiyasının əvvəlində 2494,28 bənd (-1,95%) azalıb.

ERAmedia Rusiya mediasına istinadən xəbər verir ki, ticarət gününün sonuna doğru o enişini davam etdirib və 2476,79 bənd (-2,64%) təşkil edib. Moskva Birjasının indeksi axırıncı dəfə 2500 bənddən aşağıya 20 dekabr 2024-ci il tarixində düşüb.

Səhm bazarında eniş liderləri “Tatneft” (-5,22%), “Norilsk Nikel” (-5,1%), “Lukoyl” (-5,08%), PİK qrupu (-5,02%) və “Rostelekom” (-4,86%) olublar.


media-adspc

Bənzər xəbərlər