media-uid_99120574691b43bb93eeffa983b8e43a_width_499_play_0_pos_0_gs_0_height_280

Moskva sakini David Gevondyan “Queen” qrupunun “I Want to Break Free” mahnısına çəkilən klipdən olan fotosuna görə “LGBT təbliğatı” maddəsi ilə cərimələnib.

ERAmedia-nın məlumatına görə, bu barədə “Meduza” portalı Gevondyanın apellyasiya şikayətinə baxan Moskva Şəhər Məhkəməsinin qərarına istinadən xəbər verir.

Bundan əvvəl “Mediazona” yazıb ki, Naqatinski Rayon Məhkəməsi 21 yaşlı Gevondyana qarşı “LGBT təbliğatı” ilə bağlı tərtib olunmuş dörd inzibati protokola baxıb və onların hər biri üzrə 100 min rubl cərimə kəsib. Qərarlarda protokolların “qadın geyimində və aksesuarlarda (uşaq saç sancaqları ilə) olan kişilərin”, “qadın geyimində olan kişilərin” və “öpüşən kişilərin” təsvir olunduğu şəkillərə görə tərtib edildiyi qeyd olunurdu.

Gevondyan məhkəmə qərarından şikayət verməyə çalışıb. Apellyasiya şikayətində o, kişilərin qadın geyimində əks olunduğu fotonun “LGBT təbliğatı” daşımadığını, bunun “Queen” qrupunun “I Want to Break Free” mahnısına çəkilən klipdən bir kadr olduğunu və şəkildə məhz qrup üzvlərinin yer aldığını bildirib.

Lakin məhkəmə bu arqumenti qəbul etməyib və bildirib ki, “”Queen” qrupunun üzvlərinin qadın geyimində təsvir olunduğu fotonun saytda yerləşdirilməsi, yayılan məlumatın ümumi mənası nəzərə alındıqda, hər hansı musiqi kontekstinə malik deyil”.

Vüsalə


media-adspc

Bənzər xəbərlər