media-ekran-goruntusu-2025-12-10-162213-ec1p
media-bant_master

İsrailin kəşfiyyat xidməti MOSSAD-ın Livanda keçirdiyi gizli əməliyyat nəticəsində Ahmad Şukr adlı şəxsi qaçırdığı barədə məlumat yayılıb.

ERAmedia-nın məlumatına görə, Livanlı rəsmilərə istinadən yayılan xəbərlərdə bildirilib ki, təqaüddə olan ümumi təhlükəsizlik zabiti Şukrun qaçırılması 1986-cı ildə itkin düşən İsrail Hərbi Hava Qüvvələrinin pilotu Ron Arad dosyesi ilə əlaqəli ola bilər.

İddialara görə, Ron Arad 1986-cı ildə Livanı bombaladığı vaxt təyyarəsinin vurulmasından sonra “Əməl” Hərəkatı tərəfindən sağ olaraq ələ keçirilib. İsrailin Aradın taleyi ilə bağlı axtarışlarını 1986-cı ildən bəri davam etdirdiyi qeyd olunur.

Xəbərdə yer alan məlumata əsasən, MOSSAD agentləri əməliyyatdan iki gün əvvəl Beyrut Beynəlxalq Hava Limanı vasitəsilə Livana daxil olublar. Agentlərin İsveç pasportları daşıdığı və əməliyyatdan qısa müddət sonra ölkəni tərk etdikləri iddia edilir.

Livanlı mənbələr Şukrun Bəkaa vadisindəki Nəbi Şit kəndindən Zahlanın dağlıq bölgəsinə çəkildiyini, qaçırılma hadisəsinin də məhz burada baş verdiyini bildiriblər. Şukrun olduğu ərazini tərk etməyə necə razı salındığına dair isə hər hansı detal açıqlanmayıb.

İsrailli mənbələrin Şukrun Ron Aradın taleyi ilə bağlı məlumat sahibi ola biləcəyinə inandıqları iddia olunur. Aradın son olaraq Nəbi Şitdə, Şukr ailəsinə məxsus bir evdə görüldüyü irəli sürülür. Həmçinin, Şukrun qardaşının da Aradın qaçırılması hadisəsində iştirak etdiyi iddialar arasındadır. Sözügedən qardaşın 1988-ci ildə İsrail qüvvələri ilə baş verən toqquşmalarda öldüyü bildirilir.

Vural


media-adspc

Bənzər xəbərlər