media-1683177922_media-img-20230228-wa0027-08wmc9yrqokha54xb7vg
media-bant_master

media-00f468bb-5052-4e9a-bafb-3b5ce757ac14

  • Milli Məclisin deputatı Kamran Bayramov

“12 dekabr Azərbaycan tarixində yalnız bir anım günü deyil, həm də dövlətçilik düşüncəsinin, müstəqilliyin qorunmasının və milli ideologiyanın ən ali nümunəsini yaradan şəxsiyyət – Ulu Öndər Heydər Əliyevin xalqın yaddaşındakı əbədi yerinin təsdiqidir. Azərbaycanın modern siyasi inkişaf xətti elə bir şəxsiyyətin adı ilə bağlıdır ki, onun dövlətçilik irsi bu gün də ölkənin bütün istiqamətlərdə inkişafının əsas ideoloji və strateji dayağını təşkil edir”.

Bunu ERAmedia-ya açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.
Deputat bildirib ki, Heydər Əliyevin siyasi bioqrafiyası Azərbaycançılığın, dövlət idarəetməsinin, strateji düşüncənin ən parlaq nümunəsidir. Onun siyasi həyatı üç əsas dövrü əhatə edir:

1. Sovet dövründə yüksəliş (1969–1982)
2. Moskvada yüksək dövlətçilik təcrübəsi (1982–1987)
3. Müstəqillik dövrü: Azərbaycanın xilası və dövlətçiliyin bərpası (1993–2003)

Deputat qeyd edib ki. 1990-cı illərin əvvəlində ölkədə siyasi böhran, vətəndaş qarşıdurması, iqtisadi dağınıqlıq mövcud idi: “Dövlət müstəqilliyi real təhlükə altına düşmüşdü. Məhz belə bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə qayıdan Heydər Əliyev vətəndaş müharibəsinin qarşısını aldı, ölkədə sabitlik yaratdı, müstəqilliyi qorudu və möhkəmləndirdi, Azərbaycanın beynəlxalq mövqelərini gücləndirdi, müasir inkişaf xəttini müəyyən edən strateji kursu formalaşdırdı.
Ulu Öndərin rəhbərliyi ilə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi dirçəliş tarixində dönüş nöqtəsi oldu və ölkəni enerji təhlükəsizliyi sahəsində qlobal mərkəzə çevirdi.
Heydər Əliyevin formalaşdırdığı inkişaf ideologiyası aşağıdakı strateji prinsip və istiqamətlərə əsaslanır:

• Sabitlik – inkişafın əsas şərti kimi
• Güclü iqtisadiyyat – güclü dövlət modeli
• Çoxvektorlu və balanslaşdırılmış xarici siyasət
• Milli maraqların üstünlüyü
• Dövlətçilik ənənələrinin möhkəmləndirilməsi
• Enerji xəttinin Qərb istiqamətinə çıxışı ilə Azərbaycanın qlobal rolunun artırılması

Bu kurs Azərbaycanın gələcək inkişafının institusional təməlini formalaşdırdı.
2003-cü ildən etibarən Heydər Əliyev ideyalarının siyasi varisi olan Prezident İlham Əliyev ölkəni yeni inkişaf mərhələsinə çıxardı. Onun rəhbərliyi ilə

1. Azərbaycan regionun ən güclü dövləti oldu
İqtisadi modernləşmə, enerji layihələrinin genişləndirilməsi, nəqliyyat dəhlizlərinin qurulması ölkənin beynəlxalq nüfuzunun artması Azərbaycanı regional liderə çevirdi.

2. Ordu quruculuğu yeni səviyyəyə qaldırıldı
Məhz güclü ordu və siyasi iradə 2020-ci ildə tarixi 44 günlük Zəfərin əldə edilməsini mümkün etdi. Bu Qələbə Heydər Əliyevin “mən hələlik müharibəni dayandırmışam” xəttinin məntiqi davamı idi.

3. Yeni geosiyasi reallıqlar yaradıldı
Azərbaycan təkcə ərazisini işğaldan azad etmədi, həm də Cənubi Qafqazda yeni siyasi nizam formalaşdırdı, regional əməkdaşlıq modelini formalaşdırdı, enerji, nəqliyyat və təhlükəsizlik sahələrində Avrasiyanın əsas aktoruna çevrildi.

4. Dayanıqlı sosial-iqtisadi inkişaf təmin edildi
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan iqtisadi baxımdan Cənubi Qafqazın lider dövləti, enerji-qovşağı, mühüm nəqliyyat koridorlarının mərkəzi, güclü siyasi nüfuza malik ölkə kimi öz mövqeyini möhkəmləndirdi.
Bu gün Heydər Əliyev siyasi məktəbi Azərbaycan dövlətinin bütün sahələrində özünü təhlükəsizlik siyasətində, enerji strategiyasında, xarici siyasətdə, regional sabitlik təşəbbüslərində, modern dövlət idarəetməsi modelində göstərir.

Onun əsas ideyası güclü, müstəqil və dünya miqyasında söz sahibi olan Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə reallığa çevrilib.
12 dekabr – Ulu Öndər Heydər Əliyevin anım günü Azərbaycan xalqı üçün böyük siyasi irsin, dövlətçilik müdrikliyinin və müstəqilliyin qorunmasının təcəssümüdür. Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf xətti bu gün də ölkənin yüksəlişinin ideoloji əsasını təşkil edir.
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Ulu Öndərin dövlətçilik kursunu XXI əsrin tələblərinə uyğun şəkildə daha da gücləndirərək Azərbaycanı regionun güc mərkəzinə, qalib dövlətə, Avrasiyada yeni siyasi reallıqları müəyyən edən aktora çevirib.
Bu gün Azərbaycan öz inkişaf modelini Heydər Əliyevin irsinə söykənərək formalaşdırır və onun yaratdığı dövlətçilik fəlsəfəsi gələcək nəsillər üçün də yol xəritəsi olaraq qalır”.

Polad Poladlı


media-adspc

Bənzər xəbərlər