Müddəti bitmiş COVID peyvəndləri məhv edilib
Rumıniya hakimiyyəti 17 milyon müddəti başa çatmış koronavirus peyvəndini məhv edib.
Bu barədə “G4Media” məlumat yayıb.
Bildirilir ki, pandemiya dövründən bəri ölkədə peyvəndlərə ictimai maraq çox aşağı səviyyədə olub və hazırda Rumıniyada COVID əleyhinə peyvənd əldə etmək mümkün deyil.
Səhiyyə Nazirliyi peyvənd istehsalçıları ilə danışıqlar apardığını, o cümlədən qeydiyyat şəhadətnaməsinin alınması və dərmanların apteklər vasitəsilə satışına dair növbəti addımların müəyyən edildiyini açıqlayıb.









