media-nura-suri

Sosial şəbəkələrdə yerli influenserlərin hazırladığı məzmunlarla bağlı müzakirələr davam edir.

ERAmedia xəbər verir ki, müğənni Nura Suri sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bir çox influenserin özünəməxsus üslub yaratmaq əvəzinə başqalarını təqlid etdiyini bildirib.

Müğənni qeyd edib ki, influenserlərin əksəriyyəti özlərini başqalarına oxşadaraq kontent hazırlayır. Onun sözlərinə görə, bununla yanaşı, səmimi, fərdi üsluba malik və orijinal məzmun yaradan influenserlər də var və o, məhz belə insanları maraqla izləyir.

Nura Suri bildirib ki, dünən UFS tədbirinə dəvət alan şəxslərin böyük əksəriyyəti bu gün demək olar ki, eyni məzmunlu paylaşımlar edib. O hesab edir ki, bir-birindən seçilməyən kontent həm maraqsız, həm də bəsit təsir bağışlayır.

Müğənni xarici blogger və influenserləri təqlid etməyə çalışanlara da iradını bildirib. O vurğulayıb ki, onların həyat tərzi və düşüncə tərzi fərqlidir, buna görə də həmin üslubu olduğu kimi təkrarlamaq uğurlu nəticə vermir.

Sonda Nura Suri individuallığın ən vacib amil olduğunu qeyd edərək bildirib ki, insan məhz öz üslubu ilə yadda qalır, başqasının təkrarı olmaqla yox.

Vüsalə


media-adspc

Bənzər xəbərlər