media-nura-suri

Mən özümü gözəl hesab etmirəm. Kimsə mənə kompliment edəndə də utanıram.

ERAmedia xəbər verir ki, bu sözləri müğənni Nura Suri bildirib.

Müğənni, əslində, sevilməkdən də qorxuduğunu deyib.

“Qəribə xüsusiyyətlərim var. Ətrafımda da çox insan istəmirəm. Dostluğu az adamla edirəm. Dostlarımla da gec-gec görüşüb söhbətləşirəm”, – deyə o vurğulayıb.

Müğənni qeyd edib ki, onu sənəti ilə bağlı ruhdan salmaq istəyənlər də az deyil:

“Amma yeni mahnılar üzərində çalışıram. Bilmirəm, hələ albom kimi çıxaracam, yoxsa single olaraq tək-tək, amma çox gözəl mahnılar hazırlayıram. Üstümə gəldikcə, məni ruhdan salmaq istədikcə, əslində mənə güc verir bəziləri.

İnsanlardan uzaqlaşdıqca özümə və işimə daha çox vaxt ayırıram”.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər