Müğənni qızını xüsusi təyyarə ilə Türkiyəyə gətirdi
Türkiyəli məşhur müğənni Ebru Gündeş müharibə səbəbilə Dubayda qalan 14 yaşlı qızı Alara Gündeşi xüsusi təyyarə ilə Türkiyəyə gətirib.
ERAmedia Türkiyə mətbuatına istinadən xəbər verir ki, uzun müddətdir Dubayda yaşayan Ebru Gündeş müharibədən əvvəl işləri ilə əlaqədar İstanbula gəlib. Lakin şəhərdə baş verən raket hücumları və hava məkanının bağlanması səbəbindən qızı Alara Gündeş Dubayda qalıb.
Qızının təhlükəsizliyi üçün dərhal hərəkətə keçən Gündeş əvvəlcə Alaranın quru yolu ilə Omana keçməsini təmin edib. Bölgədəki risklərə görə birbaşa uçuş mümkün olmadığından alternativ plan hazırlanıb.
Omana çatdırılan Alara Gündeş xüsusi təyyarə ilə İstanbula gətirilib. Günlərlə davam edən qeyri-müəyyənlikdən sonra ana və qız İstanbulda yenidən bir araya gəlib.
Vüsalə










