media-1765782510_nura-suri

Cəmiyyətdə insanlararası münasibətlərdə səmimiyyətin azalması və insanların bir-birinə qarşı davranışlarında yaranan süni yanaşmalar tez-tez müzakirə olunan mövzulardandır.

ERAmedia xəbər verir ki, müğənni Nura Suri sosial şəbəkə paylaşımında insanların çox vaxt qarşısındakı şəxsin yanında özünü olduğu kimi apara bilmədiyini bildirib. Müğənninin sözlərinə görə, bəzi insanların yanında insan danışmazdan əvvəl sözlərini beynində redaktə etməyə, intonasiyasını və hətta mimikasını nəzarətdə saxlamağa məcbur olur.

O qeyd edib ki, bunun səbəbi həssaslıq deyil, bəzi şəxslərin özləri haqqında yaratdıqları daxili obrazla həddindən artıq bağlı olmalarıdır:

“Bəziləri özünü xüsusi biri kimi hiss etməyə elə alışıb ki, ona qarşı heyranlığın olmamasını belə təhqir kimi qəbul edir. İnsan çox vaxt söhbət gözləmir, sadəcə öz haqqında yaratdığı versiyanın təsdiqini gözləyir”.

Müğənni insanların həqiqətdən çox “təhlükəsiz münasibətlərə” üstünlük verdiyini də vurğulayıb. Onun fikrincə, açıq danışan insanlar çox zaman kobud hesab olunur:

“Kobudluq qarşı tərəfi alçaltmaq istəyidir. Səmimiyyət isə yalanın içində olmamaqdır”.

Nura Suri əlavə edib ki, insanlar özləri haqqında həqiqəti yalnız onların qurduğu daxili obrazı dağıtmadığı müddətcə eşitmək istəyirlər. O bildirib ki, bu səbəbdən insanlar arasında ünsiyyət olsa da, gerçək yaxınlıq və səmimiyyət getdikcə azalır.

Vüsalə


media-adspc

Bənzər xəbərlər