Müğənniyə deputatın qardaşı oğlunun toyunda bahalı telefon hədiyyə olundu
Xəbər verildiyi kimi, Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayevin qardaşı Hasil Nurullayev oğluna Dubayda dəbdəbəli toy edib.
ERAmedia xəbər verir ki, onun oğlu Şahin Günel adlı qızla ailə həyatı qurub. Mərasim Dubayın məşhur “Ritz-Carlton” otelində baş tutub.
Sosial şəbəkələrdə yayılan məlumata görə, toya dəvət olunan gənc müğənni Canan 15 min manat qonorar alıb. Məlumatda həmçinin qeyd edilib ki, qonorardan əlavə, müğınniyə “İphone-17” telefonu da hədiyyə edilib.
Qeyd edək ki, toyda Azərbaycanın tanınmış simaları da iştirak edib. Aparıcı Nanə Ağamalıyeva mərasimi idarə edib. Xalq artisti Aygün Kazımova da dəvət olunan müğənnilər arasında olub.
Hasil Nurullayev tikinti sahəsində tanınmış maqnatdır.
Vüsalə









