Müğənniyə qarşı dələduzluq: Bir linkə kliklədi və...
Türkiyəli müğənni Hatice mebel alış-verişi zamanı dələduzluqla üzləşdiyini bildirərək polisə müraciət edib. İfadə verdiyini açıqlayan müğənni baş verənlərə sərt reaksiya göstərib.
ERAmedia xəbər verir ki, internet vasitəsilə 5 min lirəyə dresuar almaq istəyən Hatice 270 min lirədən çox pul itirdiyini bildirib.
Müğənni “Instagram” hesabında yeni açıqlamalar yayımlayıb. O, mebel şirkətlərindən birinin hesabını paylaşaraq verilən vədlərin və əldə olunan razılaşmaların yerinə yetirilmədiyini iddia edib.
Paylaşımına “Açıq şəkildə deyirəm: Dələduzluğa məruz qalmışam!” sözləri ilə başlayan Hatice yaşadığı mağduriyyətin sona qədər araşdırılması üçün mübarizə aparacağını vurğulayıb.
Müğənni Cümhuriyyət Baş Prokurorluğuna cinayət işi ilə bağlı şikayət edəcəyini bildirərək bu ifadələri işlədib:
“Heç kim məni susdura biləcəyini, yaşananları unutdura biləcəyini düşünməsin. Hər şeyin hesabını soruşacağam!”
Hatice növbəti paylaşımında polisə gedərək ifadə verdiyini də açıqlayıb.
“Qazandığım hər qəpiyə alın tərimlə sahib olan biriyəm. Halal qazanca haram qatmaq dələduzların işidir. İfadəmi verdim. Hüquq-mühafizə orqanlarına inanıram”, – deyə müğənni bildirib.
Vural










