Müharibə bölgəni bürüyür – İraq ABŞ-a qapını bağladı
İraq Baş naziri Məhəmməd Şiə Sudani İran xarici işlər naziri Abbas Əraqçi ilə görüşündə İraq ərazisinin İrana qarşı heç bir hücum üçün istifadəsinə icazə verilməyəcəyini bildirib. Bəyanat İran, ABŞ və İsrail arasında bölgədə artan gərginlik fonunda verilib.
ERAmedia xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin yazılı açıqlamasına görə, Sudani və Əraqçi telefon danışığı aparıblar.
Tərəflər ABŞ və İsrailin İrana hücumlarından sonra bölgədəki prosesləri müzakirə ediblər.
Sudani İrana hücumları pisləyərək, onların beynəlxalq prinsipləri pozduğunu bildirib. O, İraq hökumətinin İrana sərhədlərindən heç bir təhdidə yol verməyəcəyini vurğulayıb.
Əraqçi həmçinin bildirib ki, İran xalqı ölkəsinin şərəfini, milli suverenliyini və ərazi bütövlüyünü hər cür müdafiə etmək əzmindədir.
Vural









