Müharibədən sonrakı dövrdə 440 nəfər mina qurbanı olub - RƏSMİ
Vətən müharibəsindən sonrakı dövrdə, yəni 2020-ci il noyabrın 10-dan 2026-cı il sentyabrın 23-dək ölkə ərazisində ümumilikdə 275 mina hadisəsi qeydə alınıb.
ERAmedia xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.
Qeyd olunan müddət ərzində 440 nəfər mina qurbanı olub. Onlardan 73 nəfəri həlak olub, 367 nəfəri müxtəlif dərəcəli xəsarət alıb.
“Mina təhlükəsi yalnız fərdlərə deyil, bütövlükdə icmalara və gələcək nəsillərə təsir göstərir”, – deyə məlumatda vurğulanır. (AZƏRTAC)










