media-67833428_2754303327935783_8004499939323281408_n
media-bant_master

Üç gün sonra Bakının Azadlıq Meydanında qələbəmizin 5 illiyinə həsr edilmiş Zəfər paradı keçiriləcək. 

ERAmedia “Qafqazinfo”ya istinadən xəbər verir ki, parada aparıcılıq AzTV-nin siması Mümtaz Xəlilzadəyə həvalə edilib.

Artıq aparıcı məşqlərə də başlayıb.

Budəfəki parada da Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev komandanlıq edəcək.

Qeyd edək ki, 2020-ci ilin dekabrında Bakıda, 2023-cü ilin 8 noyabrında isə Xankəndidə Zəfər paradları keçirilib.


media-adspc

Bənzər xəbərlər