Murad Həşimov "ARB Xəbər"in yeni aparıcısı olacaq
Tanınmış jurnalist Murad Həşimova ARB-də yeni vəzifə verilib.
ERAmedia xəbər verir ki, bu barədə özü sosial şəbəkə hesabında məlumat verib: “Sosial Xidmətlər Agentliyində 5 il #Diqqət#Dəyər#Qayğı ilə fəaliyyətimin ardınca bu gündən etibarən ARB TV-də ARB Xəbərin aparıcısı olaraq çalışacağam. XXI əsrin ən çətin, keşməkeşli və qürurlu günlərini bərabər yaşadığımız doğma mühitdən, doğma insanlardan ayrılmaq çətindir. Amma SXA-da möhtəşəm kollektiv möhtəşəm işlər görməyə davam edəcək. Bu əsas motivasiya mənbəyimdir!
Beləliklə, ARB-də həftə içi 5 gün saat 20:45-də, ölkədə, dünyada yaşananların təqdimatında görüşəcəyik. Bu gün əslində ilk efirim idi. Çox səs-küy salmadım ki, ilk efirin həyəcanını çox adam görməsin))“ .
Qeyd edək ki, Murad Həşimov bundan əvvəl beş il Sosial Xidmətlər Agentliyində mətbuat katibi vəzifəsində çalışıb. O, daha əvvəl “Mədəniyyət” kanalında “Xəbərlər”, “İnterAz” televiziyasında “Səhər xəbərləri” proqramlarının, “Araz” FM radiosunda “Səhər” buraxılışının aparıcısı işləyib. Son təyinata qədər isə ARB TV-də “Yaşamaq Gözəldir” və “Günə Doğru” proqramlarının aparıcısı olub.