Murad Yagizarov vəfat edib
Xalq artisti, Dövlət Mükafatı laureatı Hacı Murad Yagizarov vəfat edib.
ERAmedia – nın məlumatına görə, aktyor bu gün uzun sürən xəstəlikdən sonra Almaniyada dünyasını dəyişib.
M.Yagizarov 18 iyul 1939-cu ildə Bakıda anadan olub. Hələ məktəbdə oxuduğu dövrdə dram dərnəyində çıxış etmişdir. Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində Məhərrəm Haşımovun kursunda təhsil alıb (1958–1962). 1962-ci ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında fəaliyyət göstərib. Prezidentin Sərəncamları ilə “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilib.
Allah rəhmət eləsin!