media-thumbs_b_c_451bee32b8605ba9b7bba0f469d7b7c9
media-bant_master

Türkiyədə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasına (COP31) Prezident təyin olunub.

ERAmedia xəbər verir ki, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarı ilə ölkənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum UNFCCC COP31-in Prezidenti təyin edilib.

Rəsmi qəzetdə dərc olunan qərara əsasən, COP31 konfransı 2026-cı ilin 9–20 noyabr tarixlərində Antalyada, EXPO sərgi məkanında keçiriləcək.

Qeyd edilib ki, COP31 çərçivəsində iqlim fəaliyyəti üzrə daha qətiyyətli və məqsədyönlü addımların atılması planlaşdırılır. Türkiyə tərəfi beynəlxalq ictimaiyyəti COP31 üçün Antalyada qarşılamağa hazır olduğunu bildirib.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər