media-img_4886
media-bant_master

media-581933007_819088841017578_6869826963122070255_n

Bu gün Murov Qəhrəmanı “Azərbaycan” qəzetinin şəhid əməkdaşı Elgün Dağbəyi oğlu İsmayılovun doğum gündür

media-img_4889

ERAmedia xəbər verir ki, əslən Zəngəzur mahalı Qubadlı rayonunun Çərəli kəndindən olan Elgün İsmayılov 1974-cü il noyabr ayının 16-da Bakı şəhərində Əməkdar Jurnalist Dağbəyi İsmayılovun ailəsində dünyaya göz açmışdı. Bakıdakı 3 saylı orta məktəbi və Bakı Politexnik Texnikumunu bitirdikdən sonra, 1992-ci ildə Azərbaycan Texniki Universitetinə qəbul olunur. Eyni zamanda Milli Məclisin orqanı “Azərbaycan” qəzetində korrektor vəzifəsində fəaliyyət göstərirdi.

media-img_4887

1993-cü ilin iyun ayında həqiqi hərbi xidmətə çağırılır. 1993-cü ilin oktyabrında 172 saylı briqadanın tərkibində cəbhə bölgəsinə – Füzuli rayonuna göndərilir. Horadiz qəsəbəsinin düşməndən azad edilməsi uğrunda gedən döyüşlərdə göstərdiyi şücaətə görə Elgün İsmayılov komandanlıq tərəfindən mükafatlandırılır.

media-496845912_2423505814702367_6090510602952605765_n

1994-cü ilin yanvarından 172 saylı briqada Kəlbəcər bölgəsinə, Murov dağına göndərilir. Elgün İsmaılov briqadanın 42 nəfərdən ibarət kəşfiyyat bölüyünün əsgəri idi. Döyüşçü dostları Elgünü bacarıqlı və təcrübəli kəşfiyyatçı kimi xarakterizə edirlər. Komandanlığın onun haqqında verdiyi arayışda göstərilirdi ki, Elgün İsmayılov mürəkkəb relyefə malik Murov dağında bölüyün keçirdiyi 20 əməliyyatdan 16-da iştirak edib.

media-6h0a9964jpg-1668637534

1994-cü il aprelin axırlarında keçirilmiş əməliyyata görə Elgün briqada komandanlığının Fəxri Fərmanına layiq görülüb. 1994-cü il may ayının 25-dən, 26-a keçən gecə Murovun Ömər yüksəkliyində düşmən arxasına keçərək ən vacib məlumat gətirməyə gedən 4 nəfərlik kəşfiyyat dəstəsinin tərkibində Elgün İsmayılov da düşmən həmləsinə məruz qalıb və həmin döyüşdə qəhrəmancasına şəhid olub. Elgün İsmayılov 1994-cü il may ayının 28-də Bakı şəhərindəki “Şəhidlər Xiyabanı”nda dəfn edilib.

media-49344784_741944209525211_2312732746641833984_n

Ömrünün 20-ci baharında Murovdağın zirvəsində şəhadətə yüksələn cəsur döyüşçu Elgün İsmayılovun unudulmaz qəhrəmanlığı daim ailəsində, həmyerlilərinin xatirəsində, oxuduğu məktəbdə, həm də çalışdığı “Azərbaycan” qəzeti redaksiyasında ehtiramla yad edilir. “Azərbaycan” qəzetinin redaksiyada Elgünün döyüş yolunu əks etdirən stend yaradılıb, həmçinin Qubadlı rayonunun Çərəli kəndindəki Şəhidlər Kompleksində xatirəsi əbədiləşdirilib.

media-485178131_2528285417512680_3299842344776311813_n

Allah rəhmət eləsin!


media-adspc

Bənzər xəbərlər