media-xankendi-bayraq-ilham

2020-ci il sentyabrın 27-də başlayan, ədalətli və azadlıq xarakteri daşıyan 44 günlük Vətən müharibəsinin davamı 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri oldu.

ERAmedia xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Musa Qasımlı Milli Azərbaycan Tarixi Muzeyində Dövlət Suverenliyi Gününə həsr olunmuş toplantıda çıxışı zamanı deyib.

Musa Qasımlı bildirib ki, 24 saatdan da az bir vaxtda separatçı rejim diz çökdü və Azərbaycanda separatçılığın kökü tamamilə kəsildi.

“Cənab Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndidə dövlət bayrağımızı ucaltdı. Həmin gün təsadüfi seçilməmişdi, rəmzi xarakter daşıyırdı. Çünki 2003-cü il oktyabrın 15-də ilk dəfə cənab İlham Əliyev Prezident olaraq xalqımıza torpaqların işğaldan azad ediləcəyi sözünü vermişdi. Verilən söz yerinə yetirildi”, – deyə Musa Qasımlı qeyd edib.

Onun sözlərinə görə, bununla Azərbaycan xalqının milli ideyası gerçəkləşdirilib və ölkənin qarşısında yeni üfüqlər açılıb.

“Azərbaycana qarşı bir neçə əsr əvvəl quraşdırılmış planlar darmadağın edildi, bədəndəki çiban kəsilib atıldı. Lakin qazanılan qələbənin miqyası çox böyükdür, Azərbaycan coğrafiyasını aşır”, – Musa Qasımlı vurğulayıb.

Musa Qasımlı qeyd edib ki, Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli sərəncamı ilə hər il sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur.

Milli Məclis sədrinin müavini bildirib ki, bu şərəfli günə həsr olunmuş toplantıda şəhid ailələri, qazilər və Hərbi İnstitutun müdavimləri iştirak ediblər.

“Dövlətimiz və millətimiz əbədiyyən var olacaq, qəhrəman şəhidlərimiz də daim hörmətlə anılacaqlar”, – deyə Musa Qasımlı əlavə edib.

Vüsalə


media-adspc

Bənzər xəbərlər