Müşfiq Məmmədli Siyəzəndə qəbul keçirib-FOTO
Milli Məclisin deputatı Müşfiq Məmmədli Siyəzən rayonunda vətəndaş qəbulu keçirib.
ERAmedia xəbər verir ki, Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatının binasında keçirilmiş vətəndaş qəbulu zamanı sakinlərin narahat edən problemlər və təkliflər dinlənilib, onların sosial rifahının yaxşılaşdırılması istiqamətində fikir mübadiləsi aparılıb Vətəndaşların qaldırdıqları məsələlər diqqətlə qeydə alınıb, həlli istiqamətində müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara müraciətlər ünvanlanması qərara alınıb.
Qeyd olunub ki, vətəndaşların rifahı, sosial təminatı və müraciətlərinin həlli hər zaman əsas prioritetlərdəndir.









