media-videoedited
media-17599385165068260461_1200x630
media-shehidler_olmez_baner_full

Görkəmli italyan bəstəkarı Cakomo Puççininin “Toska” operasının nümayişi Oman Opera Evinin 2025-2026-cı il mövsümünün proqramına salınıb.

Tamaşa Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının orkestrinin və xorunun iştirakı ilə yanvarın 29-u və 31-də təqdim olunacaq.

Opera Davide Livermorun rejissorluğu və Fabio Mastrangelonun dirijorluğu ilə Məsqət Opera Evinin səhnəsində nümayiş ediləcək. Toska partiyasını Karmen Cianatazzio, sevgilisi Kavaradossi rolunu Vittorio Grigolo və Skarpia partiyasını isə Ambrogio Maestri ifa edəcəklər.

“Toska” operası dünyanın ən populyar on operası sırasına daxil edilib. Onun premyerası 1900-cü il yanvarın 14-də Romanın Teatro Kostansi opera teatrında olub.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər