Mussolininin tutulmasında iştirak edən azərbaycanlı partizan – Maraqlı FAKT
İtaliyanın faşist rəhbəri Benito Mussolininin yaxalanmasında iştirak edən azərbaycanlı partizan Vilayət Hüseynovun həyat yolu diqqət çəkir.
ERAmedia xəbər verir ki, jurnalist Anar Tağıyev paylaşımında Qazax şəhərində anadan olan Vilayət Hüseynovun İkinci Dünya müharibəsi illərində partizan hərəkatındakı fəaliyyətindən bəhs edib.
Vilayət Hüseynov 1941-ci ildə müharibəyə yollanıb. Döyüşlərin ilk günlərində əsir düşən azərbaycanlı sonradan partizan dəstəsinə qoşularaq mübarizəsini davam etdirib.
Hüseynov İtaliyada fəaliyyət göstərən partizan hərəkatında iştirak edib və Benito Mussolininin yaxalanması əməliyyatında adı çəkilən şəxslərdən biri olub.
Vilayət Hüseynovun fəaliyyəti ilə bağlı maraqlı məqamlarından biri də Fransa Prezidenti Şarl de Qollun onun haqqında danışmasıdır. De Qoll Moskvada olarkən çıxışında azərbaycanlı partizan Əhmədiyyə Cəbrayılovdan (Əhməd Mişel) bəhs edib və eyni zamanda digər azərbaycanlı partizan Vilayət Hüseynovun da partizan hərəkatındakı rolunu xüsusi vurğulayıb.
Beləliklə, Qazaxda doğulan Vilayət Hüseynov İkinci Dünya müharibəsi illərində Avropada faşizmə qarşı müqavimət hərəkatında iştirak edən azərbaycanlılardan biri kimi tarixə düşüb.
Mələk Onur










