media-image_870x_68f0e91b999aa
media-bant_master

Barəsində 4 aylıq ev dustaqlığı cəzası seçilmiş Prezident Administrasiyanın sabiq rəhbəri Ramiz Mehdiyevin yaşadığı villada axtarış zamanı müstəntiqlər maraqlı mənzərənin şahidi olub.

Müstəntiqlər Ramiz Mehdiyev yaşadığı villada otaqların birinin iclas salonu olduğunu aşkar ediblər.

Salonun başında özü üçün kreslo qoyduran Mehdiyev, 50-60 nəfərin oturması üçün oturacaqlar da qoydurub.

Bundan başqa Mehdiyevin oturduğu masanın sağ tərəfində çıxışçılar üçün nəzərdə tutulan tribuna da qurulub.

Görünür, Ramiz Mehdiyev gizli fəaliyyətinə buradan başlayıbmış.

Amma Dövlət Təhlükəsizlik Xidmətinin onun bu məkrli planını yarımçıq qoyması səbəbindən Ramiz Mehdiyevin iclas salonu da iştirakçısız qalıb.

Xatırladaq ki, Səbail Məhkəməsinin qərarı ilə PA-nın sabiq rəhbəri barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.


media-adspc

Bənzər xəbərlər