Müstəqil qərar illüziyası: Beynimiz necə yönləndirilir?
Seçim arxitekturası, insanlara təqdim olunan seçim mühitinin onların qərarına necə təsir göstərdiyini izah edən anlayışdır.
ERAmedia xəbər verir ki, bu barədə danışan Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkə hesabında yazıb.
O əlavə edib ki, bu yanaşmaya görə insanlar yalnız məntiqi hesablamalara əsaslanaraq qərar vermirlər.
“Seçimlərin təqdim olunma forması, variantların sırası, öncədən seçilmiş seçimlər və sosial norma siqnalları onların davranışına ciddi təsir edir”, – deyə o bildirib.
M.Zeynalovanın sözlərinə görə, seçim arxitekturasında məqsəd insanı məcbur etmək deyil, qərar mühitini elə qurmaqdır ki, daha faydalı, təhlükəsiz və ya sosial baxımdan arzuolunan seçim ehtimalı artsın:
“İndi anladınızmı seçimi siz yox, sizin seçiminiz obrazı yaradan texniki üsullar mövcuddur… Bu, gündəlik həyatımızda hər gün qarşılaşdığımız bir üsuldur. Ona görə hərdən düşünün və “mən müstəqil seçim etdim” deməyə tələsməyin”.
Vüsalə










