media-nikol-pashinyan-robert-kocharyan-and-samvel-karapetyan_20260515-125014-800x400

Parlamentə daxil olan müxalif qüvvələr deputat mandatlarının alınması ilə bağlı hələlik yekun qərar verməyiblər.

ERAmedia xəbər verir ki, yerli mətbuat, eks-prezident Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” blokunda mandatardan imtina etmək variantını nəzərdən keçirilir, lakin digər müxalif qüvvələrlə vahid mövqeyin formalaşmasını gözləyir.

“Güclü Ermənistan” partiyasında iki ssenari müzakirə olunur: mandatardan imtina etmək və ya parlamentə daxil olaraq siyasi mübarizəni davam etdirmək üçün parlament tribunasından yararlanmaq.

Partiya komandasının üzvləri hələlik öz liderləri Samvel Karapetyanla görüşməyiblər və məlumata görə, Karapetyanla yalnız onun qardaşı oğlu, seçki siyahısının birinci nömrəsi Narek Karapetyan ünsiyyət saxlayır, digər namizədlər isə öz aralarında görüşüb vəziyyəti müzakirə edirlər.

Hələlik fakt budur ki, “Ermənistan” blokunun nümayəndəsi İşxan Saqatelyan seçki nəticələrindən Konstitusiya Məhkəməsinə şikayət etmək niyyətində olduğunu bildirir, “Çiçəklənən Ermənistan” partiyası isə səslərin yenidən hesablanması tələbi ilə Mərkəzi Seçki Komissiyasına ərizə təqdim edib.

Mərkəzi Seçki Komissiyası parlament seçkilərinin yekun nəticələrini 14 iyunda dərc etməyi planlaşdırır.

Ural Dəyirmançı

 


media-adspc

Bənzər xəbərlər