media-videoedited
media-1759143926466148167_1200x630
media-shehidler_olmez_baner_full

Xəzər dənizinin vəziyyəti bizi ciddi narahat edir. Təəssüf ki, proqnozlar çox ümidverici deyil. 2030-cu ilə qədər suyun səviyyəsinin azalması ilə bağlı ciddi proqnozlar mövcuddur və bu proses getdikcə intensivləşir. Bu vəziyyət şəhərlərə, logistikaya və digər sahələrə mənfi təsir göstərəcək.

ERAmedia xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyəti Həftəsi 2025 (BCAW2025) çərçivəsində keçirilən “İqlim dayanıqlılığı və sıfır emissiyaya keçid üçün iqlim qanunlarının və təşkilatlarının gücləndirilməsi” mövzusunda dəyirmi masada Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev deyib.

O qeyd edib ki, iqlim dəyişikliyi səbəbindən Xəzər dənizinin quruması prosesi daha da sürətlənir. “Xəzər dənizinin qorunması yalnız ekoloji məsələ deyil, həm də iqtisadi və sosial əhəmiyyətə malikdir. Biz həm milli, həm də regional səviyyədə ciddi tədbirlər görməliyik, resurslardan səmərəli istifadə etməli və su ehtiyatlarının davamlılığını təmin etməliyik”,-deyə COP29 Prezidenti vurğulayıb.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər