Muxtar Şaxanov vəfat edib
Qazaxıstanın Xalq yazıçısı, şair Muxtar Şaxanov vəfat edib.
ERAmedia “Kazinform”a istinadla xəbər verir ki, o, 83 yaşında vəfat edib.
Muxtar Şaxanov 1942-ci il iyulun 2-də Tülbek rayonunun (indiki Türküstan vilayəti) Kaskasu kəndində anadan olub. O, təkcə dərin mənalı şeirləri ilə deyil, həm də cəsarətli və qətiyyətli xarakteri ilə tanınır. O, qazax dilinin və millətin mənəvi irsinin aparıcı müdafiəçilərindən biri olub.
O, Parlament Məclisinin deputatı və Qazaxıstanın Qırğızıstandakı səfiri vəzifələrində çalışmış, uzun illər “Jalın” jurnalına rəhbərlik etmişdi.









