media-friack

Şərqi Afrikanın mühüm nöqtələrindən biri olan və qəbilə konfederasiyaları tərəfindən idarə edilən muxtar Cubalend bölgəsində dünya siyasət tarixində nadir rast gəlinən qəribə hadisə yaşanır.

ERAmedia xəbər verir ki, bölgədəki qəbilə başçıları Türkiyənin çəkdiyi “Diriliş: Ərtuğrul” serialından təsirlənərək idarəçiliyi universitet məzunu bir türk gəncinə həvalə etmək qərarına gəlib.

Yerli mənbələrin məlumatına görə, bölgənin qəbilə liderləri olan Sultanlar Şurası son illər izlədikləri türk seriallarındakı “ədalət və dövlət quruculuğu” idealından güclü şəkildə təsirləniblər. Bu barədə qəbilə sözçüsü Şeyx Abdullah açıqlama verib.

“Biz illərdir qəbilə müharibələrindən yorulmuşuq. Televiziyada izlədiyimiz Kayı boyunun nizam-intizamı və ədaləti tam da ehtiyacımız olan şeydir. Diplomlu, təhsilli və türk törəsini bilən bir gəncin gəlib başımıza keçməsini, bizi bir bayraq altında toplamasını istəyirik. Ona saray deyil, ən böyük otağı quracağıq”, – deyə sözçü bildirib.

Cubalend qəbilələri “kral” kimi seçəcəkləri türk gəncdə aşağıdakı xüsusiyyətləri axtarır:

Universitet məzunu olmalı — “Dövləti ağılla idarə etsin”.

Strateji biliklərə sahib olmalı — “Obanı (bölgəni) xarici təhlükələrdən qorusun”.

Serial estetikası — “At minməyi və ədalətlə hökm etməyi bacarsın”.

Məlumata görə, bu təşəbbüs tamamilə yerli qəbilələrin öz təşəbbüsü ilə yaranıb və Türkiyənin bu “taxt dəvəti” ilə rəsmi əlaqəsi yoxdur. Bununla belə, bölgə sakinləri sosial şəbəkələrdə “Ərtuğrul qazinin nəvəsi gəlsin, Cubalendi dirçəltsin” şüarı ilə kampaniyaya artıq başlayıblar.

Vural


media-adspc

Bənzər xəbərlər