Nail Kəmərli “Space TV”də aparıcı olacaq
Tanınmış bloger Nail Kəmərli “Space TV”nin efirində yeni layihə ilə çıxış etməyə hazırlaşır.
ERAmedia xəbər verir ki, o, həftəiçi beş gün yayımlanacaq “Space Patrul” verilişinin aparıcısı olacaq.
Məlumata görə, proqramda ölkədə baş verən mühüm kriminal hadisələr, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatlar, eləcə də gündəmin diqqət çəkən cinayət xəbərləri tamaşaçılara təqdim olunacaq.(bakupost)










