“Napoli” ilə “Qarabağ” görüşü təxirə salına bilər
Bu gün “Napoli” ilə “Qarabağ” görüşü baş tutmaya bilər.
ERAmedia-nın əldə etdiyi məlumata görə, buna səbəb hazırda Neapol şəhərində qeyri-sabit hava şəraitinin olmasıdır. Şəhər bələdiyyəsinin verdiyi məlumata görə havanın axşam saatlarında daha da kəskin dəyişəcəyi, güclü yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Hətta bununla bağlı sarı xəbərdarlıq olunduğu da bildirilib.
Görüşlə bağlı əlavə məlumat veriləcək.









