media-69e0ac097370607e7db37626

ABŞ-ın kosmik agentliyi NASA Ayda uzunmüddətli fəaliyyət üçün yeni enerji strategiyası üzərində işləyir.

ERAmedia xəbər verir ki, Agentlik günəş enerjisinin məhdudiyyətlərini aradan qaldırmaq məqsədilə Ay səthində nüvə reaktorlarından istifadə etməyi planlaşdırır.

Son illərdə kosmik tədqiqatlar sürətlənib. “Artemis II” missiyası çərçivəsində astronavtlar Reid Viseman, Kristina Koç, Victor Glover və Jeremy Hansen 50 ildən çox fasilədən sonra yenidən Ay istiqamətində göndərilib.

İndi isə NASA daha iddialı mərhələyə keçib. Agentlik “Fission Surface Power Project” çərçivəsində 2030-cu ilə qədər Ay səthində nüvə reaktoru yerləşdirməyi planlaşdırır. Layihəyə əsasən, orta gücə malik reaktorun 2028-ci ilə qədər orbitə çıxarılması nəzərdə tutulur.
Bu məqsədə çatmaq üçün NASA-nın ABŞ Enerji Nazirliyi və ABŞ Müdafiə Nazirliyi ilə əməkdaşlıq edəcəyi bildirilir. Eyni zamanda, Beyaz Saray Bilim ve Teknoloji Ofisi (OSTP) federal qurumlara kosmosda nüvə texnologiyalarının inkişafı üçün yol xəritəsi hazırlanması barədə yeni təlimatlar verib.

OSTP-nin açıqlamasına görə, kosmosda nüvə enerjisi Ay, Mars və daha uzaq missiyalar üçün davamlı elektrik, istilik və hərəkət imkanları yaradacaq.

Mütəxəssislər bildirir ki, günəş enerjisi Ay və Mars kimi səma cisimlərində uzunmüddətli insan məskunlaşması üçün kifayət qədər etibarlı deyil. Bunun əsas səbəblərindən biri Ay gecələrinin uzunluğudur – burada bir gecə Yer vaxtı ilə təxminən 14 gün davam edir. Bu müddətdə günəş panelləri işləmədiyi üçün enerji təminatı ciddi problemə çevrilir.

Bundan əlavə, yalnız günəş enerjisindən asılılıq “Artemis Program” kimi layihələrin Ayın cənub qütbü kimi daim kölgədə qalan və su buzları ilə zəngin əraziləri araşdırmasını çətinləşdirir.

Nüvə reaktorları isə hava şəraitindən və günəş işığından asılı olmayaraq, nüvə parçalanması (fisyon) vasitəsilə illərlə fasiləsiz enerji təmin edə bilir. Bu texnologiya həm də kosmik gəmilər üçün nüvə elektrikli hərəkət sistemlərinin inkişafına imkan yaradır.

NASA rəhbəri Cared Ayzekman bildirib ki, ABŞ üçün kosmosda nüvə enerjisinə keçid vaxtı artıq çatıb.

Məlumata görə, layihə çərçivəsində hazırlanacaq sistem 40–100 kilovat elektrik gücü istehsal edəcək. Bu isə elmi laboratoriyalar və resurs çıxarma avadanlıqları ilə təchiz olunmuş kiçik Ay bazasının bir neçə il fəaliyyət göstərməsi üçün kifayət edəcək.

Layihənin ABŞ-ın kosmik texnologiyalar sahəsində Çin və Rusiya ilə rəqabətdə mövqeyini gücləndirəcəyi, həmçinin gələcək Mars missiyaları üçün mühüm sınaq platforması rolunu oynayacağı gözlənilir.

Yeni sistemin minimum insan müdaxiləsi ilə avtonom işləməsi, modul və genişləndirilə bilən quruluşa malik olması planlaşdırılır. Bu texnologiyanın gələcəkdə həm kosmik gəmilərin hərəkət sistemlərini, həm də Ayda insan həyatını dəstəkləməsi nəzərdə tutulur.

Vural


media-adspc

Bənzər xəbərlər