media-f648a6ff-0f55-3962-8ed0-3e9733493476_850

Şəhər və magistral yollarda yaranan süni tıxacların əsas səbəblərindən biri texniki nasaz və ya vaxtında texniki qulluq göstərilməyən nəqliyyat vasitələri ilə yola çıxılmasıdır.

ERAmedia xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib.

E.Hacıyev qeyd edib ki, yolun hərəkət hissəsində sıradan çıxan avtomobil zolağın tutulmasına, hərəkətin iflic olmasına və qəza riskinin artmasına səbəb olur.

““Yol hərəkəti haqqında” Qanuna əsasən texniki nasazlığı olan nəqliyyat vasitələrinin istismarı qadağandır. İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə görə bu hal 50 manat cərimə ilə nəticələnir”, – deyə o bildirib.

E.Hacıyev vurğulayıb ki, sürücülər yola çıxmazdan əvvəl avtomobillərinin texniki sazlığını yoxlamalıdır: “Yolda qalan nasaz avtomobil riskdir”.

ERAmedia nasaz avtomobilin Bakı yollarında yaratdığı süni tıxacla bağlı görüntüləri təqdim edir:


media-adspc

Bənzər xəbərlər