media-photo_5231058416510374493_y

NATO Baş katibinin müavini Radmila Şekerinska 62-ci Münxen Təhlükəsizlik Konfransında diqqət çəkən mesajlar verib.

ERAmedia xəbər verir ki, o, müdafiə sənayesi sahəsində üç ölkəni nümunə göstərərək, “Türkiyəni unutmayın” deyib.

Şekerinska Almaniyada keçirilən 62-ci Münxen Təhlükəsizlik Konfransında “Avropalılar, birləşin. Daha çətin dünyada yenidən söz sahibi olmaq” mövzusunda paneldə çıxış edib.

“Bütün kəşfiyyat məlumatlarımız və siyasi analizlərimiz göstərir ki, müharibədən sonra Rusiya daha da təhlükəli olacaq. Onların hərbi istehsal və strukturlarına baxdıqda, bu, Rusiyanın xarici siyasətinin genişlənmə yönümlü olduğu düşüncəsinin standart qəbul edildiyini göstərir”, – deyə o bildirib.

Şekerinska vurğulayıb ki, bu səbəbdən müttəfiqlərin müdafiə və istehsala etdikləri sərmayələr prioritet olaraq qalacaq.

O həmçinin qeyd edib ki, hər kəs qlobal təhlükəsizlik mühitinin “heç olmadığı qədər mürəkkəb, rəqabətli və çətin” olduğunu qəbul edir və bu vəziyyətlə başa çıxmaq üçün bütün güclərin birləşməsi vacibdir.

Şekerinska bildirib ki, iyulda Ankarada keçiriləcək Zirvə toplantısında müttəfiqlərin istehsalı artırması və bunun üçün daha yaxşı hüquqi tənzimləmələrin zəruriliyi müzakirə olunacaq. Müdafiə sənayesi məhsullarının satış proseslərinin “daha sürətli” həyata keçirilməsinin vacibliyini də vurğulayıb.

“Xüsusilə Ukraynada təcili ehtiyac olan hava müdafiəsi kimi əsas imkanlara baxdıqda, Atlantik iki tərəfində də kifayət qədər istehsalımız yoxdur. Buna görə də müdafiə istehsalımızı sürətlə artırmalıyıq. Bu, təcili bir məsələdir,” – deyə Şekerinska qeyd edib.

Şekerinska çıxışında müdafiə sənayesi sahəsindəki sərmayələrə də toxunub. “ABŞ, Kanada və Avropa müttəfiqlərinin sərmayələrindən danışanda dostum Leventə baxıram. Türkiyə, Böyük Britaniya və Norveçi də unutmayın. Bütün bunlar NATO-nu və NATO-nun Avropa ayağını gücləndirmək üçün edilən səylərin bir hissəsidir. Lazım gəldikdə nəticə əldə etmək üçün NATO-nun güclü tərəflərinə ehtiyacımız var”, – deyə o əlavə edib.

Vural


media-adspc

Bənzər xəbərlər