NATO Ukraynaya 60 milyard dollar ayırmağı hədəfləyir
Ukraynanın Rusiya ilə müharibəsində ona dəstək göstərilməsinə ən çox sadiq olan Avropa ölkələri Kiyevə yardımı davam etdirəcəklərini və eyni zamanda diqqətin və resursların İranla bağlı gərginliyə yönəlməsinin Ukraynanın hava hücumundan müdafiə baxımından ciddi ehtiyac duyduğu dəstəyi zəiflətməməli olduğunu bildiriblər.
ERAmedia xəbər verir ki, bu barədə “The New York Times” nəşri məlumat yayıb.
“NATO-nun baş katibi Mark Rutte Berlində Ukraynaya dəstək verən təxminən 40 ölkənin iştirak etdiyi görüşdə “Ukraynaya fasiləsiz dəstəyin təmin olunması vacibdir” deyib.
Böyük Britaniya, Almaniya, Norveç, Belçika, Bolqarıstan və Estoniya daxil olmaqla bir sıra ölkələr Ukraynanın hərbi səylərinə yeni dəstək paketləri elan ediblər.
Rutte həmçinin digər müttəfiq ölkələri daha çox töhfə verməyə çağıraraq, bu il Ukraynaya hərbi yardım üzrə 60 milyard dollar hədəfinə çatmağı məqsəd qoyduqlarını bildirib.
Vüsalə









