media-17766848874609952816_1200x630

Bu il iyunun 18-19-da Naxçıvanda III Qərbi Azərbaycana Qayıdış Festival-Konqresi keçiriləcək.

ERAmedia xəbər verir ki, festival Zəngəzur dəhlizi üzərində yerləşən qədim və zəngin tarixə malik Ordubad şəhərində təşkil olunacaq.

Konqresdə alimlər, tədqiqatçılar və ictimai xadimlər Qərbi Azərbaycan həqiqətləri, tarixi irsimiz və qayıdış perspektivləri haqqında çıxış edəcəklər.

Qeyd edək ki, Qərbi Azərbaycana həsr olunan festival və konqres Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçiriləcək.


media-adspc

Bənzər xəbərlər