media-videoedited
media-568483907_122203647332049043_8843872167582158523_n
media-shehidler_olmez_baner_full

Naxçıvan Şəhər İcra Hakimiyyətində şəhərin aidiyyəti qurumlarının iştirakı ilə payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə bağlı geniştərkibdə müşavirə keçirilib.

ERAmedia xəbər verir ki , müşavirədə şəhər təsərrüfatı, kommunal xidmətlər, enerji təchizatı, istilik, maliyyə, təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat və digər sahələr üzrə məsul qurumların rəhbərləri iştirak ediblər. İcra Hakimiyyətinin başçısı Cabbar Musayev çıxışında bildirib ki, qarşıdan gələn payız-qış mövsümü ilə əlaqədar bütün xidmət sahələrinin fasiləsiz, təhlükəsiz və koordinasiyalı şəkildə fəaliyyət göstərməsi təmin edilməlidir. O vurğulayıb ki, bu istiqamətdə ölkə üzrə həyata keçirilən sistemli tədbirlər Naxçıvan şəhərində də davam etdirilir və vətəndaşların rahatlığı, təhlükəsizliyi və sosial rifahının təmin olunması dövlət siyasətinin əsas prioritetlərindəndir.

Qeyd olunub ki, yaşayış binalarında, təhsil və səhiyyə müəssisələrində istilik sistemlərinin vaxtında işlək vəziyyətə gətirilməsi, yolların, piyada səkilərinin və kommunikasiya xətlərinin qış şəraitinə uyğun hazırlanması istiqamətində işlər sürətləndirilməlidir.
Müşavirədə həmçinin enerji təchizatı sistemində mümkün qəzaların qarşısının alınması, şəhərin təmizlik və abadlıq işlərinin davam etdirilməsi, eləcə də sakinlərin müraciətlərinə operativ cavab verilməsi ilə bağlı tapşırıqlar verilib.
İcra Hakimiyyətinin başçısı Cabbar Musayev qeyd edib ki, şəhər təsərrüfatında çalışan hər bir qurum öz məsuliyyətini dərk etməli, görülən işlərə gündəlik nəzarət təmin olunmalıdır. Qurum rəhbərlərinə mövsümə hazırlıqla bağlı bütün tədbirlərin qısa müddətdə yekunlaşdırılması ilə bağlı tövsiyələr verilib.
Müşavirədə Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi Yusif Axundov, Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin nümayəndəsi Tural Quliyev və Naxçıvan Regional Qaz İstismarı İdarəsinin nümayəndəsi Hüseyn İsmayılov görülən işlərlə bağlı hesabat xarakterli çıxış ediblər.
Müşavirənin sonunda aidiyyəti xidmət rəhbərlərinə konkret tapşırıqlar verilib və icra vəziyyətinə dair mütəmadi hesabatların təqdim olunması qərara alınıb.

media-adspc

Bənzər xəbərlər