media-577319469_122205117506049043_4814968046590195899_n
media-bant_master
 “Konstitusiya və Suverenlik İli” çərçivəsində “8 Noyabr – Zəfər Günü”nün beşinci ildönümü ərəfəsində, Naxçıvan Şəhər İcra Hakimiyyətində qazilərlə görüş keçirilib.
ERAmedia xəbər verir ki, görüş Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev qaziləri Zəfər Günü münasibətilə təbrik edib, onların göstərdiyi igidlik və fədakarlığın xalqımız üçün qürur mənbəyi olduğunu bildirib. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun gücü və xalqımızın birliyi sayəsində mümkün olub.
Cabbar Musayev vurğulayıb ki, bu gün qazilərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların həyat şəraitinin yaxşılaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Vurğulanıb ki, Zəfər Günü ərəfəsində Naxçıvan şəhərində şəhid ailələrinin ziyarəti təşkil olunub, bu ziyarətlər dövlətin şəhid ailələrinə və qazilərə olan daimi diqqət və qayğısının bariz nümunəsidir.
Qazi, Mayor Elçin Allahverdiyev çıxışında dövlətin qazilərə və şəhid ailələrinə göstərdiyi yüksək qayğını qeyd edib, bu diqqətin onlarda böyük ruh yüksəkliyi yaratdığını bildirib.
Ardınca Vətən müharibəsi iştirakçıları çıxış edərək döyüş xatirələrini bölüşüb, həmin günlərin xalqımızın birliyi və qəhrəmanlığı ilə yadda qaldığını qeyd ediblər. Onlar göstərilən qayğı və diqqətə görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər, belə görüşlərin qazilər üçün mənəvi dəyərinin yüksək olduğunu vurğulayıblar.
Sonda Cabbar Musayev qazilərə Naxçıvan Şəhər İcra Hakimiyyəti adından hədiyyə təqdim edib, onlara möhkəm cansağlığı və yeni uğurlar arzulayıb.

media-adspc

Bənzər xəbərlər