Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı səyyar qəbul keçirib
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsində yaşayan sakinlərlə növbəti səyyar qəbul keçirib. Qəbulda icra hakimiyyətinin əməkdaşları və tabelikdə olan qurumların rəhbərləri iştirak ediblər.
ERAmedia xəbər verir ki, qəbul Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Cabbar Musayev çıxışında Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq vətəndaş müraciətlərinin operativ şəkildə araşdırılmasının prioritet olduğunu vurğulayıb. O qeyd edib ki, Zəngəzur dəhlizinin açılması istər ölkəmiz, istərsə də Naxçıvan şəhərinin turizm və məşğulluq potensialının inkişafında əvəz olunmaz tarixi bir layihə olacaqdır.
Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib, icra hakimiyyətinin səlahiyyətinə aid olan məsələlərlə bağlı tapşırıqlar verilib, həlli vaxt tələb edən müraciətlər nəzarətə götürülüb. İcra hakimiyyətinin səlahiyyətinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara yönləndirilməsi üçün qeydiyyata alınıb.
Sakinlər müraciətlərinə göstərilən diqqətə və əvvəlki səyyar qəbullarda qaldırılan problemlərin həllinə Ölkə Rəhbərliyinə görə təşəkkürlərini ediblər.










