media-videoedited
media-554824415_122201027120049043_7046938543336032830_n
media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall
Respublikamızın bütün bölgələrində olduğu kimi, Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində də şəhidlərin əziz xatirəsinə həsr olunmuş tədbirlər davam edir. Sentyabrın 25-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “27 Sentyabr – Anım Günü” münasibətilə ağacəkmə aksiyası keçirilib.
ERAmedia xəbər verir ki, aksiya iştirakçıları əvvəlcə Vətən uğrunda həlak olmuş şəhidlərimizin müqəddəs xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev çıxış edərək bildirib ki, şəhidlərin xatirəsini daim yaşatmaq hər bir vətəndaşın mənəvi borcudur. Belə tədbirlər həm gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına, həm də şəhərimizdə yaşıllıqların artırılaraq ekoloji tarazlığın qorunmasına mühüm töhfə verir.
Aksiya çərçivəsində Naxçıvan şəhərinin M.Şəhriyar küçəsində yaşıllıq üçün nəzərdə tutulan ərazidə 100-dən artıq müxtəlif növ ağac əkilib, suvarma işləri aparılıb. Ərazidə yaşıllıqların qorunması üçün müvafiq tədbirlər görülüb, ağaclara aqrotexniki qulluq göstərilib.
Qeyd edək ki, bu cür aksiyalar şəhidlərimizin əziz xatirəsini yaşatmaqla yanaşı, onların qəhrəmanlığını gənc nəsillərə örnək göstərmək baxımından da böyük əhəmiyyət kəsb edir.

media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər