Naxçıvan şəhərində kəskin dumanlı hava müşahidə olunur

Dekabrın 8-i axşam saatlarından başlayaraq Naxçıvan Muxtar Respublikasının bir sıra ərazilərində qatı duman müşahidə olunur.
ERAmedia-nın məlumatına görə, dumanlı hava şəraiti bu gün səhər saatlarında da davam edir.
Mövcud vəziyyət yollarda görmə məsafəsini məhdudlaşdırdığından avtomobil və piyadaların hərəkətində çətinlik yaranır.










