media-569567932_122204010686049043_1652076210009114615_n
media-bant_master
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev “Zəfər Günü”nün 5-ci ildönümü ərəfəsində şəhid İbrahimov İbrahim Etibar oğlu və şəhid Vəliyev İsmayıl
Mehman oğlunun ailələrini ziyarət edib.
ERAmedia xəbər verir ki, görüş zamanı Cabbar Musayev şəhid ailələri ilə səmimi söhbət apararaq onların qayğıları ilə maraqlanıb, şəhidlərin göstərdikləri igidliyin xalqımız üçün qürur mənbəyi olduğunu bildirib. Qeyd edib ki, şəhidlərimizin həyat yolu, onların Vətən sevgisi və mübarizliyi gənc nəsil üçün örnəkdir.
İcra Hakimiyyətinin başçısı vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın birliyi və əzmi sayəsində qazanılan tarixi Zəfərdə şəhidlərimizin qəhrəmanlığı əvəzsiz rol oynayıb. Onların fədakarlığı və Vətənə sədaqəti daim hörmət və minnətdarlıqla xatırlanacaq.
Ziyarətlərdə İcra Hakimiyyətinin başçısı ilə yanaşı, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova və  şöbə müdiri İsmayıl Gülməmmədov da iştirak ediblər. Görüş zamanı şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq ailələrə onların şəhid olduqları məkanları əks etdirən fotolar təqdim olunub, bu da ailə üzvləri tərəfindən dərin duyğularla qarşılanıb.
Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Onlar qeyd ediblər ki, dövlətin və rəhbərliyin şəhid ailələrinə olan bu münasibəti mənəvi dayaq, eyni zamanda qürur mənbəyidir.
Sonda şəhid ailələri ilə xatirə şəkli çəkilib. Cabbar Musayev bildirib ki, Vətənimizin azadlığı və bütövlüyü uğrunda canından keçən qəhrəmanların ailələrinə göstərilən diqqət və qayğı dövlətimizin prioritet istiqamətlərindəndir. Şəhid ailələrinin rifahının yaxşılaşdırılması, onların daim qayğı ilə əhatə olunması bundan sonra da davam etdiriləcək.

media-adspc

Bənzər xəbərlər