media-575099837_122204807810049043_8991629131188560307_n
media-bant_master
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev “Zəfər Günü”nün 5-ci ildönümü münasibətilə şəhid leytenant Orucəliyev Qabil Əbdüləli oğlu, şəhid əsgər Eyvazov İslam Həsən oğlu və şəhid əsgər Qurbanov Xansu Elsevər oğlunun ailələrini ziyarət edib.
ERAmedia xəbər verir ki, ziyarət zamanı şəhidlərin əziz xatirəsi ehtiramla anılıb, ailə üzvləri ilə səmimi söhbətlər aparılıb, onların qayğı və problemləri dinlənilib. Cabbar Musayev vurğulayıb ki, şəhidlərimizin qəhrəmanlığı xalqımız üçün qürur mənbəyidir və onların ailələrinə göstərilən diqqət və qayğı hər zaman dövlətin diqqət mərkəzində olacaq.
Şəhid ailələrinə şəhidlərin qəhrəmanlıqla şəhid olduqları məkanları əks etdirən fotolar təqdim olunub, bu anlar dərin qürur və fəxr hissi ilə qarşılanıb. Ailələr göstərilən diqqət və qayğıya görə dövlət rəhbərliyinə və Naxçıvan Şəhər İcra Hakimiyyətinə minnətdarlıqlarını bildiriblər.
Sonda şəhid ailələri ilə birlikdə xatirə şəkli çəkdirilib.
Ziyarətdə İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova və şöbə müdiri İsmayıl Gülməmmədov da iştirak ediblər.

media-adspc

Bənzər xəbərlər