media-576405506_122204940230049043_6867032941100714944_n
media-bant_master
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev Konstitusiya və Suverenlik ili çərçivəsində “Zəfər Günü”nün 5-ci ildönümü münasibətilə şəhid mayor Orucov Elşən Yavər oğlu, şəhid leytenant Həmzəyev Mərhəmət Rizvan oğlu və şəhid əsgər Bağırov Ramin Nəriman oğlunun ailələrini ziyarət edib.
ERAmedia xəbər verir ki, ziyarət zamanı şəhidlərin xatirəsi dərin hörmətlə anılıb, ailə üzvləri ilə görüşülərək səmimi söhbətlər aparılıb, onların sosial vəziyyəti və ehtiyacları dinlənilib.
Cabbar Musayev çıxışı zamanı bildirib ki, Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarını fəda edən şəhidlərimizin qəhrəmanlığı xalqımız üçün əbədi qürur mənbəyidir. O, şəhidlərin ailələrinə göstərilən diqqət və qayğının dövlətimizin və cəmiyyətimizin ali mənəvi borcu olduğunu vurğulayıb.
Ziyarət zamanı Vətən oğullarının canlarını fəda edərək qəhrəmancasına şəhidlik zirvəsinə yüksəldikləri məkanları əks etdirən fotolar ailələrinə təqdim olunub. Şəhid ailələri göstərilən diqqət və qayğıya görə dövlətimizə və rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Ziyarətdə İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova və şöbə müdiri İsmayıl Gülməmmədov da iştirak ediblər.
Görüşün sonunda şəhid ailələri ilə birlikdə xatirə şəkli çəkilib.

media-adspc

Bənzər xəbərlər