Naxçıvan şəhərində Ulu Öndərin xatirəsi ehtiramla anılıb
Naxçıvan şəhərində Ümummilli Lider Heydər Əliyevin xatirəsi ehtiramla anılıb.
Dekabrın 12-də Naxçıvanda müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb.
ERAmedia xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev, tabeli idarə, müəssisə və təşkilatların nümayəndələri Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında əzəmətlə ucalan abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri qoyulub, Ümummilli Liderin xatirəsi dərin ehtiramla yad edilib.









