media-577585537_122205251588049043_420672227828671708_n
media-bant_master
Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə təntənəli tədbir keçirilib.
ERAmedia əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev iştirakçıları hər iki bayram münasibətilə təbrik edib. O bildirib ki, 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü Azərbaycan xalqının qürur və iftixar mənbəyidir. Bu iki tarixi gün xalqımızın azadlıq, suverenlik və milli birliyinin təcəssümüdür.
Cabbar Musayev çıxışında qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabr ayından başlanmış Vətən müharibəsi ölkəmizin tarixində misilsiz qələbə səhifəsi açıb. Azərbaycan Ordusunun rəşadəti, xalq-iqtidar birliyi və milli həmrəyliyi sayəsində torpaqlarımız işğaldan azad olunub, ölkəmizin ərazi bütövlüyü bərpa edilib.
Vurğulanıb ki, Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu məqsədlə Naxçıvan Şəhər İcra Hakimiyyətində də şəhid ailələrinin və qazilərin sosial ehtiyaclarının öyrənilməsi və həlli ilə bağlı müvafiq şöbə fəaliyyət göstərir və şəhid ailələri və qazilər daim diqqətdə saxlanılır.
Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri Elman Cəfərli, şəhid Sahil Məmmədovun anası Sahilə Məmmədova və Vətən müharibəsi iştirakçısı Pərviz Muradov çıxış edərək Azərbaycan Ordusunun qəhrəmanlığı, xalq-dövlət birliyinin sarsılmazlığı, şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlərdən bəhs ediblər.
Tədbirin bədii hissəsində Naxçıvan Şəhər Mədəniyyət İdarəsi “Araz” instrumental ansamblının solistləri, Naxçıvan şəhər 12 nömrəli körpələr evi-uşaq bağçasının fidanları, Naxçıvan Şəhər 5 nömrəli Uşaq Musiqi Məktəbinin “Zəfər” üçlüyü, Milli Müdafiə Universitetinin tabeliyində Naxçıvan Hərbi Kollecinin kursantları, Naxçıvan Şəhər 2 nömrəli İncəsənət Məktəbinin şagirdləri çıxış edib, vətənpərvərlik ruhunda, mahnılar səsləndirilib və kompozisiyalar nümayiş etdiriblər.

media-adspc

Bənzər xəbərlər