media-videoedited
media-557617392_122201562968049043_3714700112297331017_n
media-shehidler_olmez_baner_full

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayevin şəhər ictimaiyyətinin nümayəndələri və ziyalılarla görüşü keçirilib.

ERAmedia xəbər verir ki, görüşdə çıxış edən İcra Hakimiyyəti başçısı son illərdə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar, innovativ layihələr və strateji inkişaf proqramları barədə məlumat verib. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan bu gün regionda söz sahibi, qlobal miqyasda isə etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirib.

Çıxışda sosial-iqtisadi sahədə əldə olunan uğurlar, müasir infrastrukturun qurulması, rəqəmsal inkişaf və innovasiyalara diqqət, eləcə də ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsi Azərbaycanın sürətli inkişafının əsas göstəriciləri kimi vurğulanıb. Həmçinin Naxçıvan Muxtar Respublikasında, o cümlədən Naxçıvan şəhərində son illərdə həyata keçirilən işlər barədə ətraflı məlumat verilib.
İcra Hakimiyyətinin başçısı Cabbar Musayev görüşün əsas məqsədinin şəhərdə görülən işlərin və qarşıda icrası nəzərdə tutulan layihələrin müzakirəsi, eləcə də ictimai rəyin öyrənilməsi olduğunu diqqətə çatdırıb. Bu məqsədlə 15 nəfərdən ibarət məşvərətçi qrup yaradıldığını və həmin qrupun iştirakı ilə ayda bir dəfə görüşlərin keçirilməsinin nəzərdə tutulduğunu bildirilib.
Daha sonra “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üzrə Dövlət Proqramı”, Naxçıvan şəhərinin yeni Baş planı layihəsi, şəhərin işıqlandırılması, küçə və məhəllələrin təmiri, abadlıq və infrastruktur işləri, qaz, su və elektrik təchizatı, ictimai nəqliyyat və yol hərəkəti təhlükəsizliyi, sosial sahədə həyata keçirilən tədbirlər müzakirə olunub.
Görüşdə ictimaiyyət nümayəndələrinin və ziyalıların təklifləri dinlənilib, hər bir mövzu ilə bağlı ətraflı məlumat verilib.

media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər